“Toyota” 13 mindən çox avtomobili geri çağırır

toyota-13-minden-cox-avtomobili-geri-cagirir
Oxunma sayı: 1214

Avtomobil istehsalçısı “Toyota” “Corolla GL” modelli 13 min 48 ədəd avtomobili Çindən geri çağırır.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi işıq faralarının elektron idarəetmə sisteminin proqram təminatındakı qüsurlar göstərilir.

Şirkətin açıqlamasında qeyd olunur ki, bütün qüsurlar “Toyota”nın öz büdcəsi hesabına həll ediləcək.