TQDK nümayəndələri Tacikistanda

tqdk-numayendeleri-tacikistanda
Oxunma sayı: 648

“Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, səfərin əsas məqsədi Milli Test Mərkəzinin ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr ilə tanışlıq, işlərin daha da səmərəli təşkili üçün məsləhətlərin verilməsi, TQDK-nın bu sahədə əldə etdiyi təcrübəni qarşı tərəf ilə bölüşmək olub.

Səfərin yekununda Milli Test Mərkəzinin rəhbərliyi TQDK ilə gələcəkdə daha da sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını və əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümid etdiklərini bildirib.