Tramp müxalifət liderini qanuni prezident kimi tanıdı

tramp-muxalifet-liderini-qanuni-prezident-kimi-tanidi
Oxunma sayı: 3979

ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaidonu ölkə prezidenti kimi tanıyıb.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, amerikalı lider şimal yarımkürəsinin digər dövlət başçılarını da Quaidonu prezident kimi tanımağa çağırıb. Tramp bəyanatında bildirib ki, “Venesuelada demokratiyanın bərpası üçün ABŞ-ın bütün iqtisadi və diplomatik qüvvələrindən istifadə edəcək”. 

Qeyd edək ki, hazırda Venesuelada prezident Nikolas Maduronun tərəfdarları və əleyhdarları aksiyalar keçirir.