Tramp Səudiyyə Ərəbistanına səfir namizədini irəli sürdü

tramp-seudiyye-erebistanina-sefir-namizedini-ireli-surdu
Oxunma sayı: 827

ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfiri postuna yeni namizəd irəli sürülüb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp təqaüdçü general Con Abizaidi bu vəzifəyə namizəd göstərib.

O, hazırda Huver İnstitutunda araşdırmaçı və ABŞ Hərbi Akaedmiyasının Terrorizmlə Mübarizə Mərkəzinin fəxri prezidentidir.

Con Abizaidin səfir təyin edilməsi üçün Senatda səsvermə keçiriləcək.