Trampdan Çinə 505 milyard dollarlıq təhdid

trampdan-cine-505-milyard-dollarliq-tehdid
Oxunma sayı: 1541

ABŞ və Çin arasında davam edən iqtisadi gərginlik davam edir.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, iki ölkə son bir neçə ayda qarşılılıqlı olaraq bir-birindən idxal etdiyi 34 milyard dollarlıq məhsula əlavə vergi təyin edib.

ABŞ prezidenti Donald Tramp isə CNBC-yə açıqlamasında Çinin ABŞ-a ixrac etdiyi 505 milyard dollar həcmindəki məhsula da əlavə vergi təyin etməyə hazır olduğunu bildirib.

“Bunu siyasət olsun deyə etmirəm. Ölkəmiz üçün doğru olan budur deyə edirəm. Uzun müddətdir Çin tərəfindən aldadılırıq. Bu vəziyyət heç də ədalətli deyil”.

Qeyd edək ki, 2017-ci ilin statistikasına əsasən ABŞ Çinə 129,9 milyard dollarlıq, Çin isə ABŞ-a 505 milyard dollarlıq məhsul ixrac edib.