Trampdan Pxenyanın qərarına münasibət

trampdan-pxenyanin-qerarina-munasibet
Oxunma sayı: 1174

ABŞ prezidenti Donald Tramp KXDR-in nüvə və raket sınaqlarından imtina etməsinə dair qərarına münasibət bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp tvitter hesabında yazıb.

“Şimali Koreya nüvə və raket sınaqlarını dondurmağa razılıq verdi. Bu, Şimali Koreya və bütün dünya üçün çox xoş xəbərdir. Bizim sammiti gözləyirəm!”,-deyə Tramp qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In ölkədə nüvə və raket sınaqlarının dayandırılmasını elan edib.