Trampla Putindən sonra Əsəd də onu görmək istəyir

trampla-putinden-sonra-esed-de-onu-gormek-isteyir
Oxunma sayı: 1822

Suriya prezidenti Bəşər Əsəd Şimali Koreyanı ziyarət etmək və Kim Çen İnlə görüşmək istəyir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Şimali Koreyanın "Rodong Sinmun" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Pxenyana getmək istəyən Əsəd Kim Çeni də görmək istəyir. O, Pxenyan-Dəməşq əlaqələrinin əsasının atası Hafiz Əsəd tərəfindən qoyulduğunu və bu əlaqələri daha da inkişaf etdirəcəyini bildirib. 

Əsəd bir gün Şimali və Cənubi Koreyanın birləşəcəyinə ümid etdiyini də vurğulayıb.