TRT-nin Novruzu

trt-nin-novruzu
Oxunma sayı: 642

TRT-nin Bakı təmsilçisi Yüksəl Değercan “Qafqazinfo”ya verdiyi məlumata görə, “Kafkaslardan enen yeller”in adlı proqramında ilk çərşənbədən, il axır çərşənbəyəbək, təbiətin oyanışından yeni günə qədər Azərbaycanda Novruz adət-ənənələrindən bəhs edilir. 30 dəqiqəlik “Novruz’’ proqramı martın 20-də TRT AVAZ-da yayımlanacaq.

Rejissoru Nailə Əkbərovaya, operatoru İlkin Ümidova aid olan proqramın təkrarı martın 25-də TRT AVAZ-da ekranlara gələcək.

Martın 21-də TRT AVAZ Türk dünyasının ortaq bayramı olan Novruzu Türk cümhuriyyətlərindən də, o cümlədən də Bakıdan da canlı bağlantılarla ekrana gətirəcək.

Səidə