“Trubadur” operasına günlər qaldı

trubadur-operasina-gunler-qaldi
Oxunma sayı: 644

Opera və Balet Teatrının mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində oynamaq üçün opera sənətinin məşhur ulduzları dəvət edilib. Tamaşada Leonoranın partiyasını Belarus Respublikasının Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Belarus Akademik Milli Böyük Opera və Balet Teatrının, Rusiyanın Böyük Teatrının solisti Anastasiya Moskvina ifa edəcək.

Manrikonun partiyasını Rusiya Federasiyasının Əməkdar Artisti, vokalçıların M.İ.Qlinka adına beynəlxalq müsabiqəsinin laureatı, Mariinski Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti Avqust Amonov ifa edəcək.
Səhnə əsərinə dirijorluq üçün Santyaqo (Çili) Opera Teatrının bədii rəhbəri və baş dirijoru, Rusiya Federasiyasının Əməkdar Artisti, “Triumf” mükafatı laureatı Konstantin Çudovski dəvət edilib.

Operada, həmçinin Azərbaycan Xalq Artisti Əvəz Abdullayev (Qraf di Lun), Əməkdar Artist Səbinə Vahabzadə (Azuçena) çıxış edəcəklər.