Tuncelidə 8 terrorçu zərərsizləşdirilib

tuncelide-8-terrorcu-zerersizlesdirilib
Oxunma sayı: 959

Türkiyənin Tunceli əyalətində antiterro əməliyyatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Məlumata əsasən, MİT-in əldə etdiyi informasiya əsasında əməliyyat keçirilib. Xüsusi təyinatlılar 4-ü qadın olmaqla 8 terrorçunu zərərsizləşdiriblər. Əməliyyat zamanı 5 ədəd Kalaşnikov, 3 ədəd M-16 və 1 ədəd Glok markalı tapança ələ keçirilib.