Tunis yeni prezidentini seçdi

tunis-yeni-prezidentini-secdi
Oxunma sayı: 644

“Media forum” saytı xəbər verir ki, keçid parlamentində - Qurucu Məclisdə dekabrın 12-də keçirilən seçkidə 217 deputatdan 153-nün səsini toplayan Münsif Mərzuki dövlət başçısı olmaq hüququ qazanıb. Münsif Mərzuki Zeynalabdin Ben Əlinin prezidentliyi zamanı əsas müxalifət liderlərindən biri olub.

Zeynalabdin Ben Əli 23 il hakimiyyətdən sonra bu il yanvarın 14-də xalq üsyanından qaçaraq Səudiyyə Ərəbistanına sığınıb. Oktyabr ayında Tunisdə keçid parlamentinə - Qurucu Məclisə seçki keçirilib. Bu seçkidə 40 faizə yaxın səs toplamış islamçı Ən-Nahda (Dirçəliş) Partiyasının baş katibi Həmadi Cebeylinin baş nazir postunu tutacağı gözlənir.