“Tünzalədən reytinq qazanmayın, günahdır”

“Tünzalədən reytinq qazanmayın, günahdır”
Oxunma sayı: 7693

Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “Bizimləsən” proqramını tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, son bir neçə gündür xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın efirə çıxarılmasına iradını bildirib. 

Aktrisa sosial şəbəkədə qeyd edib ki, proqram heyəti həmkarını aciz göstərir və ona stres yaşadır:

“Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi