Türkiyə ABŞ-ı şikayət etdi

turkiye-abs-i-sikayet-etdi
Oxunma sayı: 3653

Türkiyə dəmir və aliminium məhsulları əlavə vergi təyin edən ABŞ-ı Ümumdünya Ticarət Təşkilatına şikayət edib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə Gömrük Tarifləri və Ümumi Ticarət Müqaviləsinin bəzi maddələrinin pozulduğunu bildirib.

Xatırladaq ki, amerikalı rahib Brunsonun Türkiyədə ev həbsində saxlanılması ABŞ-la siyasi və iqtisadi böhrana səbəb olub. Bu səbəbdən ABŞ Türkiyəyə sanksiyalar tətbiq edib. Bunların arasında aliminiuma 20 faiz, dəmirə isə 50 faiz əlavə vergi qoyulması da var.