Türkiyə hərbçilərini Rusiyaya göndərdi

turkiye-herbcilerini-rusiyaya-gonderdi
Oxunma sayı: 1284

Türkiyə hərbçilərini “S-400” zenit-raket sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya göndərib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, təlimlər artıq başlayıb, bir neçə ay davam edəcək.

Nazir Rusiyaya göndərilən əsgərlərin sayının artacağını da istisna etməyib.