Türkiyə məhv edilən terrorçuların sayını açıqladı

turkiye-mehv-edilen-terrorcularin-sayini-aciqladi
Oxunma sayı: 1235

Türkiyə Silahlı Qüvvələri son 1 həftədə Tunceli, Diyarbəkir, Şırnak və İraqın şimalında keçirdiyi əməliyyatlarda 37 PKK terrorçusunu zərərsizləşdirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların arasında təşkilatın iki lideri də olub.

Bundan başqa, terrorçulara məxsus 33 silah anbarı və sığınacağı məhv edilib.

Əməliyyatlarda Türkiyə ordusu 5 şəhid verib, 9 əsgər yaralanıb.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı daxil olmaqla son 3 ayda 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə ordusu 53 şəhid verib, 232 əsgər yaralanıb.