Türkiyə mətbuatı Rövşən Lənkəranskinin ölümü ilə bağlı faktlar açıqladı

turkiye-metbuati-rovsen-lenkeranskinin-olumu-ile-bagli-faktlar-aciqladi-
Oxunma sayı: 811

Türkiyə mətbuatı da azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin öldürülməsi barədə yazıb. “Qafqazinfo”nun Hurriyet-ə istinadən verdiyi xəbərə görə, kürd əsilli mafiya lideri Ded Xasanın yanvarın 16-da sui-qəsd nəticəsində Moskvada öldürülməsindən sonra onun əsas rəqibi Rövşən Canıyev İstanbulda güllələndi.

Bu məlumatın isə Rusiya kəşfiyyat xidmətinin Moskvadakı nüfuzlu mafiya liderlərinin telefon danışıqlarını dinləməsi nəticəsində əldə etdiyi bildirilir.

Türkiyə mətbuatı rus mafiyasının Aslan Usoyanı öldürdükdən sonra Lənkəranskinin Türkiyədə gizləndiyini aşkara çıxardığını və onun öldürülməsi üçün İstanbula 5-6 nəfərdən ibarət sui-qəsdi icra edəcək qrup göndərdiyini yazır.

İstanbulda mühafizəçiləri ilə dolaşsa da Canıyevin fevralın 2-si İstanbul küçələrindən birində güllə yarasından öldürüldüyü deyilir.

Türkiyə təhlükəsizlik qüvvələri isə İstanbulda baş tutan sui-qəsdlə bağlı heç bir məlumat verməyib. Rusiya təhlükəsizlik qüvvələrinin yaxın günlərdə Türkiyəyə rəsmi müraciət edərək Canıyevin cəsədinin Rusiyaya təhvil verməsini tələb edəcəkləri deyilir.

Qeyd edək ki, günün birinci yarısında “Qafqazinfo” Rusiya mətbuatına istinadən Rövşən Lənkəranskinin ölümü barədə xəbər yaysa da, daha sonra millət vəkili Fəzail Ağamalı qohumu Lənkəranskinin ölümü ilə bağlı yayılan xəbərlərin doğru olmadığını qeyd edib.