Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir

turkiye-rusiya-vetendaslari-ucun-vizani-legv-edir
Oxunma sayı: 1002

“Rusların Türkiyəyə pasportsuz gəlməsinə şərait yaratmaq üçün danışıqlara başlamışıq”.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, martın 28-də məsələ ilə bağlı rusiyalı həmkarı Sergey Lavrovla Antaliyada görüşəcək:

“Məqsəd Türkiyəyə gələn turist sayını və keyfiyyəti artırmaqdır. Aprelin 8-də isə Moskvaya gedəcəyik”.