Türkiyə uzun zamandır İsraildən istədiyini aldı - Tarixi gün

turkiye-uzun-zamandir-israilden-istediyini-aldi-tarixi-gun
Oxunma sayı: 650

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrailin baş naziri Ərdoğandan 2010-cu ildə "Mavi Mərmərə” hadisələrinə görə üzr istəyib. İsrailli nazir həmçinin ölənlərin ailələrinə təzminat ödəyəcəklərini də qeyd edib.

Türkiyənin baş naziri isə üzrxahlığı qəbul edib və əməkdaşlıq münasibətlərinin qurulması üçün razılıq verib.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Barak Obama Ərdoğan və Netanyahu arasında telefon danışığının olduğunu açıqlamışdı və bunun Obamanın istəyi ilə reallaşdığı bildirilir.