Türkiyədə deputatlar yenə dalaşdı - Video

turkiyede-deputatlar-yene-dalasdi-video
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, mübahisə CHP-nin Adanadan olan millət vəkili Ümid Özgümüş ilə AKP-ni təmsil edən Mehmet Metiner arasında olub. Belə ki, CHP-li millət vəkili Türkiyənin Suriyadakı müharibədə iştirak etdiyini deyərək hökuməti ittiham edib: “İraqdakı nüvə silahı yalanı kimi, Suriya hökuməti də xalqı qətlə yetirir sözləri də yalandır. Türkiyə isə bu yalanın üzərində strateji hərəkətlər edir”.

Bu zaman AKP-li vəkil “xalqını qətlə yetirənləri müdafiə edə bilməzsən” deyərək həmkarının fikrinə müdaxilə edib. CHP-li vəkil isə AKP-li həmkarına “gəvəzəlik etmə, otur yerinə” deyib.

CHP-li Özgümüş həmçinin AKP-li vəkilə “çöldə danışarıq” deyə söz də atsa da, sonranı gözləməyərək elə həmkarı ilə haqq-hesabı TBMM-də həll etmək istəyib. Metinerin üstünə gedən Özgümüşü digər vəkillər saxlayıb.