Türkiyədə qaçaqmalçılıq edən azərbaycanlı həbs olundu

turkiyede-qacaqmalciliq-eden-azerbaycanli-hebs-olundu
Oxunma sayı: 1836

Türkiyədə qaçaqmalçılıq edən iki azərbaycanlı saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, azərbaycanlılar İğdırdan İstanbula gedən mikroavtobusla 23 min 800 qutu siqaret və hərəsi 25 qram olan 400 qutu tütün aparmağa çalışarkən tutulublar. Məlumata görə, saxlanılanlar Sənan Seyidov və Zaur Seyidovdur. Hər iki şəxs məhkəməyə çıxarılıb. Sənan Seyirov həbs edilib, Zaur isə məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Aysel Kərimova