Türkiyədən erməni nəvələrinə jest

turkiyeden-ermeni-nevelerine-jest-
Oxunma sayı: 2564


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, layihədə 1915-ci il hadisələri zamanı Osmanlı torpaqlarından köçmək məcburiyyətində qalan, o dövrün tələblərinə uyğun olaraq Türkiyə Cumhuriyyəti vətəndaşlığını ala bilməyən və dünyasın dəyişən ermənilərin nəvələrinə vətəndaşlıq  hüququnun verilməsi məsələsi nəzərdə tutulub.

Bu məsələ ilk dəfə yanvar ayında “Ankara Düşüncəyə Azadlıq Təşəbbüsü” təşkilatının keçirdiyi toplantıda müzakirə olunub. Yığıncaqda qeyd edilib ki dünyanın müxtəlif ölkələrində yaşayan, Osmanlı imperiyası dönəmində köç etmiş və ya köç etmək məcburiyyətində qalmış Osmanlı vətəndaşı olan ermənilərin nəvələrinə Türkiyə Cümhuriyyətinin şəxsiyyət vəsiqəsi və pasportu verilməlidir.

Daha sonra bu təklif Xarici İşlər Nazirliyinə də göndərilib. Nazirlik təklifi yüksək qiymətləndirib. Nazirlik rəsmiləri Türkiyə vətəndaşlığını qəbul etmək istəyən ermənilərin istəyinə müsbət cavab veriləcəyini və bu məsələ üzrəində iş getdiyini bildirib.