Türkiyənin ədliyyə naziri Azərbaycana gəlir

turkiyenin-edliyye-naziri-azerbaycana-gelir
Oxunma sayı: 639

Azərbaycan Ədliyyə Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, türkiyəli nazirin Bakıya səfəri noyabrın 1-dən başlayır.

Erginin azərbaycanlı həmkarı Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Noyabrın 4-dək davam edəcək səfər zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında münasibətlər və onların inkişaf perspektivləri, təcrübə mübadiləsi məsələləri müzakirə olunacaq.

Türkiyənin ədliyyə nazirinin cəzaçəkmə müəssisələrindən birinə baş çəkməsi də nəzərdə tutulur.