“Uber” 24 min ədəd sürücüsüz “Volvo” sifariş etdi

uber-24-min-eded-surucusuz-volvo-sifaris-etdi
Oxunma sayı: 1865

Dünyanın ən məşhur taksi xidməti olan “Uber” sürücüsüz avtomobil istifadəsini genişləndirmək niyyətindədir.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, şirkət bunun üçün ümumi dəyəri 1 milyard dollar olan 24 min ədəd “Volvo XC90 SUV” sifariş verib.

Avtomobillərin qarşıdakı 1-2 il ərzində hazır olması gözlənilir.

Qeyd edək ki, bu, “Volvo” və taksi xidməti tarixində ən bahalı müqavilədir.