Ucarda “06” su kanalına aşdı

ucarda-06-su-kanalina-asdi
Oxunma sayı: 1027

Ucarda yol qəzası nəticəsində "06" su kanalına aşıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Bakı-Qazax yolunda, Ucarın Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Eyni istiqamətdə hərəkət  edən minik avtomobili traktorun arxasına çırpılıb.Qəza nəticəsində minik avtomobili bir neçə dəfə aşaraq yol kənarında olan su kanalına düşüb. "Vaz 2106"ın sükanı arxasında olan sürücü ağır xəsarət alaraq Ucarın rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır

Rəşad Türkoğlu