Ucarda “Mercedes” aşıb, xəsarət alanlar var

ucarda-mercedes-asib-xesaret-alanlar-var
Oxunma sayı: 780

Ucarda “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb .

"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində maşında olanlar xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu