Üçüncü ölkəyə təhvil verilən erməni ölkəsinə qayıdıb

ucuncu-olkeye-tehvil-verilen-ermeni-olkesine-qayidib
Oxunma sayı: 863


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsir bu gün Moskva reysi ilə İrəvanda eniş edib.  Qeyd edək ki, bir ay əvvəl İnciqulyan şəxsi istəyi ilə üçüncü ölkəyə təhvil verilib və  Rumıniyada qaçqınlar üçün nəzərdə tutulan düşərgədə saxlanılıb. 

Xatırladaq ki, ötən il noyabrın 1-də Allahşükür Paşazadə erməni katolikosu II Qareginin xahişi ilə erməni əsirlə görüşmüşdü. Şeyx əsirə öz ölkəsinə qayıtmağı təklif etmiş, lakin A. İnciqulyan Ermənistana qayıtmaqdan imtina etdiyini bildirmişdi. O, Ermənistan Ordusunda işgəncələrə məruz qaldığını, dözülməz vəziyyətlə üzləşdiyini bildirib, ümumiyyətlə Qarabağda döyüşmək istəmədiyini demişdi. Onu da əlavə edək ki, İnciqulyan Azərbaycan tərəfinə azaraq deyil, könüllü keçdiyini müsahibəsində bildirmişdi.