“Ucuz qaz prezidentlərin danışığından asılıdır”

ucuz-qaz-prezidentlerin-danisigindan-asilidir
Oxunma sayı: 662

BDU-nun Erməni araşdırmaları ETL-nin rəhbəri Tanrıverdi İsmayıl “Qafqazinfo” ya göndərdiyi məlumatda bildirir ki, Moskvada olarkən Ermənistan mətbuat orqanlarının Rusiyanın “Enerji təhlükəsizliyi milli fondunun” baş direktoru Konstantin Simonova verdikləri suallara cavab belə olub.

“Gömrük ittifaqı haqqında nə qədər danışsaq da, mənası yoxdur, Ermənistan heç vaxt onun üzvü ola bilməz. Ermənistan necə bu ittifaqın üzvü ola bilər ki, onun Gömrük ittifaqı olan ölkələrin heç biri ilə ümumi sərhədi yoxdur. Əlbəttə prezidentlər bu haqda danışıqlar aparırlar, amma nə qədər danışsalar da onsuz da əhəmiyyəti yoxdur” .

Simonov izah edib ki, qaz məsələsi ilə hər şey aydındır. Təbii ki, Ermənistan istəyir ki, qazı ucuz qiymətə alsın. Bu isə prezidentlərin danışıqlarından asılıdır. Onlar nə qiymət danışsa, o da olacaq. Hər halda, hər kəsə məlumdur ki, Ermənistanın qazın əvəzini ödəməsi üçün heç nəyi yoxdur.

Məlumdur ki, Rusiyanın Qazbölüşdürücü sistemi çoxdandır ki, Qazproma verilib. Ona görə də bu məsələnin həlli üçün Qazprom da öz sözünü deməlidir. Bu səbəbdən indidən buna proqnoz vermək çətindir.