“Uduzacağımızı gözləmirdim” - Qriqorçuk

uduzacagimizi-gozlemirdim
Oxunma sayı: 1501

“Məğlub olduğumuza görə məyusuq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Topaz Premyer Liqasının XVII turunda səfərdə “Səbail”ə məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

“Əlbəttə, uduzacağımızı gözləmirdim. Gözləmədiyimiz qollar buraxdıq və məğlub olduq”.

- Məğlubiyyətdə komandanın rəqibi dəyərləndirməməsi nə dərəcədə rol oynadı? 

- Bu gün pis oynamadıq. Sadəcə, əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik. Hətta deyərdim ki, bu oyunda qalib gəldiyimiz bəzi oyunlardan daha çox qol fürsəti əldə etdik. Buna görə, futbolçularımı günahlandıra bilmərəm.

- Bu gün oyuna istkilərlə çıxmışdınız. Bunun nəticəyə təsiri oldu?

- Bunu demək olmaz. İstənilən halda, biz bir-iki oyunçudan ibarət deyilik.

- “Qəbələ” həmişə Monroz-Dabo-Kone “üçlüy”ü ilə meydana çıxır. Bu gün Kone ehtiyatda idi. Bunun səbəbi nə idi?

- Deməzdim ki, bu, adət halı olub. Keçən oyunlarda Konesiz oynamışıq. İstəyərik ki, bütün hücumçularımız oynasın. Ancaq limit buna imkan vermir.

- “Qarabağ” sabah qalib gəlsə, xal fərqiniz 9-a yüksələcək. Sizcə, bu xal fərqini çempionatn sonuna qədər aradan qaldıra biləcək?

- Bizim üçün xal fərqinin önəmi yoxdu. “Qarabağ” bu gün üçün çox güclü komandadı. Bu o demək deyil ki, biz təslim oluruq. Sadəcə, etiraf etmək lazımdı ki, “Qarabağ” bu dəqiqə çempionatın ən güclüsüdür.