Ukrayna hökuməti Saakaşvilini ölkədən çıxardı

ukrayna-hokumeti-saakasvilini-olkeden-cixardi
Oxunma sayı: 2855

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili çarter reysi ilə Ukraynadan Polşaya göndərilib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin köməkçisi Oleq Slobodyan Feysbuk hesabında məlumat verib.

“Bu, yerli vaxtla saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin, Miqrasiya Xidmətinin və Milli Polis əməkdaşlarının iştirakı ilə baş tutdu. Prosedur zamanı Mixail Saakaşvilinin ətrafından olan naməlum insanlar hüquq-mühafizə orqanlarına hücum etdilər. Sərhədçilər özlərini qorumaq üçün güc tətbiq etməli oldular”, - deyə O. Slobodyan bildirib.

Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdə restoranlardan birində saxlanılıb.