Ukrayna İnterpoldan çıxa bilər

ukrayna-interpoldan-cixa-biler
Oxunma sayı: 1157

Ukrayna İnterpola üzvlüyünü dayandırmaq niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib. O bildirib ki, əgər rusiyalı Aleksandr Prokopçuk İnterpola rəhbər seçilərsə, ölkəsi üzvlükdən imtina edəcək. 

Qeyd edək ki, İnterpola prezident seçkisi noyabrın 21-də keçiriləcək. İnterpolun əvvəlki prezidenti Men Hunvey korrupsiyada ittiham olunaraq Çində həbs edilib. Hunvey təşkilatın rəhbəri vəzifəsindən istefaya göndərilib.