Ulduz futbolçu rəqib oyunçularla matçın nəticəsini müəyyənləşdirdi - Video

Ulduz futbolçu rəqib oyunçularla matçın nəticəsini müəyyənləşdirdi
Oxunma sayı: 1311

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya – Peru matçının nəticəsi əvvəlcədən razılaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, yerli KİV millinin kapitanı Radamel Falkaonun oyunu satdığını yazıb. 

Oyunun gedişində kolumbiyalıların baş məşqçisi Xose Pekerman forvarda digər oyunlardakı hesabları deyib. Braziliyanın Çiliyə 3:0 hesabı ilə qalib gəldiyini, Venesuela yığmasının da Paraqvayın qapısından top keçirdiyini bildirən baş məşqçi, oyunun elə bu hesabla -1:1-lə çatmalı olduğunu söyləyib. 

Ulduz oyunçu da rəqib futbolçulara qarşılaşmanın belə başa çatmalı olduğunu, sakit oynamalarını deyib. 

Qarşılaşma 1:1 hesabı ilə bitib və Kolumbiya mundiala birbaşa vəsiqə qazanıb. 

Falkao özü də bunu təsdiq edib. : “Biz digər matçda nələr baş verdiyini bilirdik. Ona görə də perulu futbolçulara hər iki komandanın 1 xal qazanacağını deyirdim”.

Peru yığmasının üzvü Renato Tapiya isə maraqlı açıqlaması ilə diqqət çəkib: “Son beş dəqiqədə kolumbiyalılar bizə digər oyunlarda nə olduğunu dedi. Beləliklə, biz oyunu lazım olan şəkildə bitirdik ... Radamellə danışdım. Nəticənin hər iki komandaya sərf etdiyini dedi. Amma bu futboldu. Qələbə qazanmaq üçün oynayırıq”. 

Hətta həmin anların görüntüləri də yayılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi