UNESKO həyəcan təbili çalır

unesko-heyecan-tebili-calir
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, 5 oktyabr müəllimlər günü ilə bağlı hazırlanan məlumatlarda ümumi ibtidai təhsilin 2015-ci ilə qədər hədəfə çatması üçün dünyada iki milyon müəllimə ehtiyac olduğu bildirilib. Bütövlükdə, 2009-2015-ci illər ərzində bütün ehtiyacların təmin olunması üçün ümumilikdə 6 100 000 əlavə müəllim lazım olacaq.

Bu il müəllimlər günü “Müəllimlər-gender bərabərliyi üçün” devizi altında qeyd ediləcək. İbtidai siniflərdə qadınların əksəriyyət təşkil etdiyi üçün bu mövzunun son dərəcə aktual olduğu qeyd edilir. (Dünyada orta göstəriciyə əsasən onlar 62%, lakin bəzi ölkələrdə qadınlar bu pillədə dərs deyən ümumi müəllimlərin 90 %-ni təşkil edirlər.

Qeyd edək ki, 5 oktyabr müəllimlər günü 1994-cü ildən UNESKO-nin tövsiyəsi ilə qəbul olunub.

Səidə