Unibank nağdsiz ödənişlər üzrə liderdir

unibank-nagdsiz-odenisler-uzre-liderdir
Oxunma sayı: 655



Unibank nağdsız ödənişlərin həcminin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Artıq bankın müştəriləri filiallara gəlmədən unibank.az və hesab.az saytları, Milli Ön ödəniş terminalları, “İnfoUnibank” mobil əlavəsinə malik iPhone və “Android” platformasında olan smartfon və planşetlər vasitəsi ilə, Unibankın ATM və Cash-in aparatlarının köməyi ilə növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

Unibankın çox-çox sərfəli Albalı kartı ölkədə nağdsız ödənişlərin sayının çoxalmasına öz töhvəsini verir. 700-dən artıq partnyor-mağazada Albalı sahibləri aldıqları malın və göstərilən xidmətin dəyərini, hissə-hissə ödəmək imkanı qazanıblar.