Uzunqulağı zebr kimi boyadı - İşin üstü bu foto ilə açıldı

uzunqulagi-zebr-kimi-boyadi
Oxunma sayı: 4824

Qahirədə zoopark sahiblərindən biri ziyarətçiləri cəlb etmək üçün gülməli addım atıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Nəsr-sitidə yerləşən zooparkı ziyarət edən 10-cu sinif şagirdi Məhəmməd Sərxan gözlənilməz mənzərə ilə qarşılaşıb. Belə ki, heyvanxanadakı zebrlərdən birinin alnından qara boya axdığını görən Sərxan onunla şəkil çəkdirərək sosial şəbəkədə yerləşdirib.

Məlum olub ki, zoopark sahibi əslində uzunqulağa qara zolaqlar çəkərək onu “zebr” adıyla ziyarətçilərə təqdim edirmiş. Sərxanın şəklinə qısa müddətdə minlərlə “like” və şərh yazılıb.