Vağzalın tualetindən meyit tapıldı

vagzalin-tualetinden-meyit-tapildi
Oxunma sayı: 666

Nəsimi rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, meyit ötən gün aşkarlansa da, onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Təxminən 25-28 yaşında olan mərhumun dozadan artıq narkotika qəbul etdiyinə görə öldüyü ehtimal olunur. Meyitin xarici müayinəsi zamanı onun qollarında iynə yerləri aşkarlanıb. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.