Vahid Ələkbərovun şəhərə gəlişinə görə ağacları və otları rənglədilər - Video

vahid-elekberovun-sehere-gelisine-gore-agaclari-ve-otlari-renglediler
Oxunma sayı: 5410

Rusiyanın Koqalım şəhərində Yuqra vilayətinin qubernatoru Natalya Komarovanın, vilayətin idman naziri Pavel Kolobkovun və “Lukoil” prezidenti Vahid Ələkbərovun gəlişi münasibəti ilə şam ağaclarını və otları yaşıl rəngləyiblər. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə videokadrlar sosial şəbəkələrdə yayılıb.

“Qafqazinfo” Virtualorg.az-a istinadən xəbər verir ki, kadrlara əsasən “Lukoil-Qərbi Sibir” MMC-nin sosial obyektlər İdarəsinin formasını geyinmiş kommunal işçilər otları yaşıl boya ilə boyayır. Bu video sosial şəbəkələrdə hələ sentyabrın 8-də yayılıb, amma yerli sakinlər günlərdir şəhərdə “Potyemkin kəndi”nin tikintisini müzakirə edir.

“Görəsən səmanı bir da mavi eləmək və Günəşə daha da saraltmaq olardı? Axı bunlarsız şam ağaclarını rəngləmək yarımçarədir, tam harmoniya əldə etməyə imkan vermir”,-Yuri Malimon adlı istifadəçi ironiya ilə yazır.

“Şəhər hələ bu cür alçalmamışdı”,-Mariya Hilman adlı digər istifadəçi bildirib.

Yerli saytlar məsələ ilə əlaqəli Koqalım meriyasına müraciət ediblər. Meriyadan deyiblər ki, şam ağaclarını şəhər administrasiyasının podratçısı rəngləyib, amma şirkətin adını deməkdən imtina ediblər. Habelə ağacları və otları konkret hansı tərkibli maddə ilə rənglədiklərini izah etməyiblər.

“Biz hələ onun tərkibini araşdırmamışıq”,-meriyanın mətbuat katibi Dəmir Mehdiyev deyib.

Meriyanın yazılı cavabında isə ağacların və otların rənglənmədiyini, podratçı şirkət tərəfindən diblərinə qidalandırıcı gübrə verildiyini bildiriblər. “Məlumata görə həmin gün podratçı şirkət ağacları və kolları zəruri minerallarla və qidalandırıcı maddələrlə qidalandırıblar. Bu zaman püskürmədən istifadə edilib, çünki püskürmə yolu ilə gübrələr daha tez bitkiyə hopur”,-açıqlamada deyilib.

Lakin sosial şəbəkə istifadəçiləri bu açıqlamaya şübhə edir, onlar yazırlar ki, rəngləmə, yaxud püskürtmə ilə məşğul olanlar bitkilər üzrə mütəxəssislər deyildi. “Lukoil” şirkətinin rəngsazlıq-rəngləmə işlərini görən işçiləri idi.