Valeri Meladze Gürcüstan vətəndaşı olmaq istəyir

valeri-meladze-gurcustan-vetendasi-olmaq-isteyir
Oxunma sayı: 2557

Rusiyalı müğənni Valeri Meladze Gürcüstan vətəndaşı olmaq istəyir.

“Qafqazinfo” “Georgian News Agency”yə istinadən xəbər verir ki, sənətçi bununla bağlı Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edib. Meladze bu yaxınlarda xalq artisti Vaxtanq Kikabidzenin 80 illik yubileyində Batumidə konsert proqramı ilə də çıxış edib. 

Valeri Meladze 1965-ci ildə Batumidə anadan olub. 

Qeyd edək ki, avqustun 15-dən etibarən Gürcüstanda “Vətəndaşlıq haqqında” qanuna dəyişiklik edilib. Belə ki, Gürcüstanda anadan olub başqa ölkələrdə yaşayanlar vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət edə bilərlər.