Vasif canlı efirdə Nazimi söydü - Video

vasif-canli-efirde-nazimi-soydu
Oxunma sayı: 8036

ATV-də yayımlanan “Üçümüz” adlı verilişdə kuryoz hadisə yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, proqramın qonağı Əməkdar artist Ədalət Şükürov olub. 

Aparıcılar Elcan Rəsulov, Həsrət Həsrətov və Ülvi Həsənli müğənnidən yaxın dost olduğu həmkarı Vasif Məhərrəmliyə zəng edərək onunla zarafatlaşmasını istəyiblər.

Ədalət isə aparıcılara “Ağzını açdı-açdı haa Vasif. Biləsiz” deyib. E. Rəsulov isə cavabında söyləyib ki, “Ona deyin ki, müştəri yanımdadır. Eşidirlər”.

Bundan sonra Ədalət Vasifə zəng vuraraq “Avqustda Yekaterinburqda toy olacaq. Sənin, eləcə də Nazim Faytonçunun iştirakını istəyirlər. Eləcə də sənin kök rəngində olan kostyumunu geyinməyini istəyirlər. Bir də aşgətirən lazımdır. O olmasa, gərək sən özün gətirəsən” deyib.

Vasif isə cavabında “Kostyumum  var. Aşı da özüm gətirəcəm. Məzələnirsən mənlə? O, Nazim Faytonçu var  a… (söyüş söyür), ümumiyyətlə onu toyda görmək lazım deyil. O sənin yanında oturub deyəsən. Məzələnmə, adam balası kimi danış. Səhərdən beynimi xarab eləmisən. Nəsə, problem deyil. Təkcə aş gətirməyə 10 min dollar versinlər” deyərək qeyri-etik ifadələr işlədib. Sonra Ədalət ona “bir azdan sənə zəng vuracam” deyib söhbəti sonlandırıb.