Vasif Məhərrəmli ata oldu

vasif-meherremli-ata-oldu-
Oxunma sayı: 2777


"Qafqazinfo" ANS PRESS-ə istinadən xəbər verir ki, ötən il ikinci dəfə ailə həyatı quran ifaçı yenidən ata olub. Bu barədə Vasifin həm sənət yoldaşı həm də yaxın dostu olan əməkdar artist Ədalət Şükürov xəbər verib. Sənətçi telekanallardan birinə müsahibə zamanı bunu tam açıq şəkildə deməsə də işarə verib: "Bu gün Vasifin gözəl bir xeyir işi oldu. Tam açıqlamasını özü deyər".

Bir müddət öncə açıqlama verən Vasif Məhərrəmli bu yaxınlarda ata olacağını və övladının oğlan olduğunu demişdi. 

Qeyd edək ki, ifaçının ilk evliliyindən bir qızı var. Onun birinci həyat yoldaşı xəstəlik nəticəsində vəfat edib.