Venesuela Braziliya ilə sərhədi bağladı

venesuela-braziliya-ile-serhedi-bagladi
Oxunma sayı: 896

Venesuela prezidenti Nikolas Maduro fevarlın 23-də ölkəyə humanitar yardımın daxil olmasından əvvəl Braziliya ilə sərhədi tamamilə bağladığını elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident bəyan edib ki, quru sərhədi fevarlın 21-dən etibarən bağlanacaq. 

Maduro Kolumbiya ilə sərhədin bağlanacağını da istisna etməyib. 

Qeyd edək ki, daha əvvəl Venesuela müxalifəti bəyan etmişdi ki, ölkəyə humanitar yardımlar fevarlın 23-dən daxil olmağa başlayacaq. Yardımların toplanma mərkəzi Kolumbiyanın Kukuta inzibati mərkəzində, Braziliyanın Rorayma ştatı və Kyurasao adasında yerləşir. 

Maduro hökuməti isə qəti şəkildə həmin yardımların ölkəyə buraxılmasına izn vermək niyyətində deyil. Artıq Venesuela hökuməti üç Karib dənizi adası ilə su sərhədini bağlayıb.