Vergidən yayınma üzrə 260 cinayət işi başlanıb

vergiden-yayinma-uzre-260-cinayet-isi-baslanib
Oxunma sayı: 656

İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınma və qanunsuz sahibkarlığa görə 3 iş, vergiləri ödəməkdən yayınmaya görə 6 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla, cəmi 18 nəfər barəsində 11 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 81 cinayət işinə xitam verilib, 24,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 6 nəfər şəxsin tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilməsi, ibtidai istintaqdan yayınan 125 şəxsin məcburi qaydada gətirilməsi, 104 şəxsin tapılaraq istintaqa gəlməsi, 68 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi yoxlamalarından yayınan 90 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim edilib.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Nigar Məmmədli