Vilayət Eyvazov insan alveri ilə bağlı rəqəmləri açıqladı

vilayet-eyvazov-insan-alveri-ile-bagli-reqemleri-aciqladi-
Oxunma sayı: 3928

Trend-in məlumatına görə, bu barədə cümə axşamı İnsan alverinə və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfransda daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.

Onun sözlərinə görə, dünyada 20 milyon insan insan alverinin qurbanı, o cümlədən 14 milyon insan məcburi əməyin qurbanı olur. Buradan gələn pullar beynəlxalq terrorçuluğun maliyyələşməsinə xərclənir.

Eyvazov qeyd edib ki, hər il büdcədən insan alveri ilə mübarizəyə 500 min dollar vəsait ayrılır.