“Vorzakon”lardan dəstək alan eks-deputat mer olacaq

vorzakonlardan-destek-alan-eks-deputat-mer-olacaq
Oxunma sayı: 1823


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbərə verir ki, 565 seçki məntəqəsindən 500-də aparılan hesablamalara əsasən Royzman hələ ki, rəqiblərini qabaqlayıb. Onun yaxın rəqibi olan Yakova Silin isə ilkin nəticələrə görə, 26, 48 faiz səs toplayıb. 

Xatırladaq ki, bir müddət əvvəl Rusiyada yerli kafelərdən birində saxlanılan, əksəriyyəti azərbaycanlılardan ibarət olan 50-yə yaxın avtoritetlər Royzmanla bağlı maraqlı faktlar açıqlamışdılar. “Ded Xasan”ın tərəfdarlarından olan avtoritet Temur Mirzoyevin rəhbərlik etdiyi kriminal dəstə onlara dəfələrlə Yekaterinburqdakı mer seçkilərində namizədliyini irəli sürən, eks-deputat Yevqeni Royzmanı dəstəkləməklə bağlı “siqnal”lar daxil olduğunu etiraf etmişdilər. 

Saxlanılanlardan biri bildirib ki, Bakıya səfər edən Royzman yerli kriminal aləmin liderləri ilə görüşüb. Məqsəd isə Yekaterinburq diasporu tərəfindən dəstək almaqla bağlı razılıq əldə etmək olub.