VTB Qrupun bankomat şəbəkəsindən istifadə haqqı – - 1 faiz

vtb-qrupun-bankomat-sebekesinden-istifade-haqqi-
Oxunma sayı: 1160


Belə ki, VTB (Azərbaycan)ın kart sahibləri VTB Qrupun vahid bankomat şəbəkəsindən pul vəsaitlərini çıxararkən nağdlaşdırma komissiyası 1% təşkil edəcək. Bazarda müvafiq komissiya üzrə orta göstərici 2%-dir. Bankın kredit kartları üzrə də müvafiq göstərici 1% təşkil edəcək və nağd vəsaitlərin çıxarılması zamanı tutulacaq. VTB Qrupun vahid bankomat sisteminə Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan 6 000-dən artıq ATM daxildir. Bank VTB (Azərbaycan) ASC-nin ödəniş kartları üzrə idarə rəisi Ulyana Əlixanova: “VTB qrupun vahid bankomat sistemindən istifadə sərfəli olmaqla yanaşı, həm də çox təhlükəsizdir. Belə ki, bu sistem plastik kart sahiblərinə xarici ölkələrdə səfərdə olarkən elektron pulların etibarlı saxlanmasına təminat verir”. 

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.