Vyanada “Xocalıya Ədalət” adlı sərgi keçirilib

vyanada-xocaliya-edalet-adli-sergi-kecirilib
Oxunma sayı: 1321

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Avstriya paytaxtı Vyanada Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov çıxışında bildirib ki, törədilən bu cinayət bəşəriyyət tarixinin gördüyü ən utanc verici bir ləkədir.

Tədbirdə yazıçı, publisist və müstəqil jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğu “Onlar heç zaman böyüməyəcəklər” sənədli filmi nümayiş etdirilib.

Tədbir zamanı Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına həsr olunmuş 25 əsərinin yer aldığı “Xocalıya Ədalət” adlı sərgisi də baş tutub.