“WhatsApp” gələn il bu smartfonlar üçün əlçatmaz olacaq

whatsapp-gelen-il-bu-smartfonlar-ucun-elcatmaz-olacaq
Oxunma sayı: 2249

Whatsapp messenceri bir neçə əməliyyat sistemini dəstəkləməkdən imtina edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ilin yanvarın 1-dən etibarən whatsapp Windows Phone 8.0 (və ya daha köhnə versiyalarında), BlackBerry OS və ya BlackBerry 10 smartfonları üçün əlçatmaz olacaq. 

Gələn ilin sonlarında şirkət Nokia S40, 2020-ci ildən isə Android 2.3.7 bazalarında çalışan smartfonlardan imtina edəcək. Şirkət smartfon istifadəçilərinə yeni Android, iPhone və Windows Phone-a keçməyi məsləhət görüb. 

Xatırladaq ki, şirkət 2016-cı ildə bəyan etmişdi ki, bu cür imtinalar daim baş verəcək: “Bu mobil qurğular bizim tarixin ən əsas hissəsi olsalar da, gələcəkdə tətbiqetməmizin funksiyalarını genişləndirməyimiz üçün lazımi imkanlara sahib deyillər”.