“WhatsApp”da çoxdan gözlənilən funksiya aktiv oldu

whatsappda-coxdan-gozlenilen-funksiya-aktiv-oldu
Oxunma sayı: 4201

“WhatsApp” tətbiqində çoxdan gözlənilən qrup şəklində görüntülü danışmaq funksiyası aktivləşib.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, artıq bu funksiya “Android” və iOS sistemləri ilə çalışan bütün telefonlarda istifadəyə verilib.

Funksiyadan istifadə etmək üçün bunları etmək lazımdır:

1. Dost siyahınızda olan biri ilə görüntülü danışmağa başlayın.

2. Sağ üst hissədə “yeni şəxs əlavə et” düyməsini sıxmaqla görüntülü söhbətə yeni şəxs qoşun.

3. Əgər funksiya sizdə aktiv deyilsə, o zaman marketdən tətbiqi ən son versiyaya yeniləyin.