Xalq artisti dünyasını dəyişdi - Yenilənib

xalq-artisti-dunyasini-deyisdi
Oxunma sayı: 7785

Azərbaycan xalq artisti, əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Mirzəzadə vəfat edib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

*** 

Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, bəstəkarla vida mərasimi sabah Bakı Musiqi Akademiyasında saat 12-dən 14-dək davam edəcək.
 
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
 
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.