Xalq artistinin xəstəxanadan fotosu - “...Sarğısı açılıb”

xalq-artistinin-xestexanadan-fotosu
Oxunma sayı: 922

“Sol gözümdə əməliyyat olunmuşdu, indi də sağ gözüm əməliyyat olundu”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova rəsmi instaqram hesabında yazıb. 

Sənətkar xəstəxanadan çəkilən fotosunu paylaşaraq hər şeyin qaydasında olduğunu söyləyib:

“Həkimim Paşa Qəlbinura çox inanırdım. Tibbi personal hamısı başıma pərvanə kimi dolanırdı. İndi çox yaxşıyam, gözümün sarğısı da açılıb. Bağdayam. Məni sevən, səhhətimə görə narahat olan xalqıma minnətdaram”.