Xəlil Rza Ulutürkün arvadı 4 min manat tələb edir

xelil-rza-uluturkun-arvadi-4-min-manat-teleb-edir
Oxunma sayı: 2901

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mirzə Şəmsiyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi baş tutub.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Proses sentyabrın 21-də davam etdiriləcək. Növbəti iclasda dövlət ittihamçısının çıxış edərək M.Şəmsiyevə cəza istəyəcəyi gözlənilir.

Zərərçəkmiş F.Ulutürk ona dəyən ziyanın ödənilməsini tələb edib. Təqsirləndirilən M.Şəmsiyev ondan 4 min manat alaraq əri X.R.Ulutürkün yubileyi münasibəti ilə kitablarını yenidən nəşr etdirəcəyini vəd edib. Lakin vədini yerinə yetrməyərək qadını aldadıb və aldığı pulu mənimsəyərək qaytarmayıb.

M.Şəmsiyev daha bir neçə nəfər qarşı ümumilikdə 100 min manatdan çox miqdarda dələduzluq etməkdə ittiham edilir.

Murad Əhməd